192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nikol Paşinyanın bəyanatları Azərbaycanda ciddi narahatlıq doğurur
2019-03-15 16:22:01

Ermenihaber.am Stepanakertdə Ermənistan və Artsax Təhlükəsizlik şuralarının birgə iclası ərzində ER baş naziri Nikol Paşinyanın çıxışında Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında iştirak etmə və Azərbaycan xalqı ilə dialoq aparma hazırlığına dair yanaşmaları haqqında azərbaycanşünas Satenik Petrosyanla danışdı.

Ekspert hesab edir ki, hazırda Azərbaycanda yaranmış daxili siyasi vəziyyət və DQ məsələsinin nizamlanması prosesində gözlənilən gedişatlar kontekstində ER baş nazirinin bəyanatı olduqca vacib və aktualdır, həmçinin bu bəyanat qonşu ölkə cəmiyyətinin müxtəlif təbəqələrinə təsir göstərəcəkdir.

Əminlikdə qeyd edə bilərik ki, son aylarda Ermənistanda baş verən daxili siyasi dəyişikliklər və demokratik dəyərlərin, insan hüquqlarının güclənməsinə yönəlmiş addımlar Azərbaycanda da geniş şəkildə yayılmışdır və hətta bəzi ictimai-siyasi çərçivələrdə bu hadisələrə “qısqanclıqla” baxırlar, bu isə bəzən Azərbaycanda baş verən daxili siyasi proseslərə təsir edir.

“Bu o qədər aydındır ki, hətta Azərbaycanda medianın tam nəzarət altında olmasına baxmayaraq, bu cür tendensiyaları azaltmaq mümkün olmur”,-deyə Petrosyan əlavə etdi ki, bu vəziyyətdə sosyal şəbəkələr cəmiyyətin yanaşmalarını araşdırmaq üçün daha səmərəli bir platformdur. Bu istiqamət artıq bir neçə ildir ki, peşəkar komandamızın əsas məsələlərindəndir. Beləliklə, sosyal şəbəkələrdə yer alan paylaşımlar, yazılar cəmiyyətin Ermənistanda baş verən hadisələr və ER baş nazirinin bəyanatları ilə bağlı təəssüratlarını və olduqca təmkinli yanaşmalarını aydın şəkildə göstərir. Beləcə də, qeyd edə bilərik ki, ER baş nazirinin Azərbaycan xalqı ilə uzaqdan dialoq qurma hazırlığı və bunun həyata keçirilməsi qonşu ölkədə gözlənilən müxtəlif gedişatlar baxımından ciddi reaksiya və təsir edə bilər.

Eyni zamanda Ermənistandan səsləndirilən bəyanatlar hökümətyönlü mediada və ekspertlər çərçivələrində böyük narahatlıq doğurur. Mətbuatda yayımlanan nəşrlərin əhəmiyyətli bir hissəsi ER baş nazirinin etdiyi bəyanatlarının şərhidir və Azərbaycan təbliğatı ilə bu bəyanatların təsirini azaltmağa çalışırlar. Müxalifət dairələri isə, ER tərəfindən atılan addımları “korrupsiyon qalmaqalar və insan hüquqlarının pozması ilə məşhur hakimiyyətə” bir tokat kimi qiymətləndirirlər.

Petrosyanın fikrincə, DQ məsələsinin nizamlanma prosesində Ermənistanın Artsax hakimiyyəti və xalqı adından danışma səlahiyyətində olmadığına dair N. Paşinyanın yanaşması Azərbaycan tərkibində iradənin ifadə edilməsi ilə problemi olan yerli xalqlar – talışlar, lezgilər və tatlar sıralarında geniş təsir tapmışdır. Bu yanaşma yerli xalqların fəal ictimai dairələr tərəfindən Bakı diktatura rejiminin o qədər qorxduğu demokratiyanın yüksək bir nümayişi kimi qiyməyləndirilir.

“Yeri gəlmişkən, vurğulamaq istəyirəm ki, son zamanlarda sözügedən dairələr tərəfindən daha tez-tez səsləndirilir ki, Əliyev rejiminin DQ-a qarşı ambisiyalarının göstərişi və hərbi ritorikası ilk növbədə ölkə birliyini qorumaq qorxusuna əsaslanır və yerli xalqların azadlıq istəklərinin qarşısını almaq məqsədini daşıyır. Hətta hakmiyyətin dar dairələrində Artsaxın itirməsi ilə çoxdan razılaşmışdırlar”.