192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Millət vəkili: Yüz milyonlar niyə hansısa məmurun “qara sandığını” doldurmalıdır?
2019-03-15 17:58:48

Mən yenidən Bakıda köhnə və yeni yaşayış məntəqələri ilə bağlı məsələni dilə gətirmək istəyirəm. İnsanlar həmin yaşayış məntəqələrində 20-30 ildir yaşayırlar.

Onlar bütün kommunal xərcləri ödəyirlər. Ancaq onlar orada nə qeydiyyata düşə bilir, nə qanuni şəkildə vergi ödəyirlər. Əslində, onların ödədikləri də hansısa məmurların cibinə gedir.

Oxu.Az xəbər verir ki, bunu parlamentdə hökumətin hesabatında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili hesab edir ki, artıq bu məsələ tam şəkildə öz həllini tapmalıdır.

“Axı bu pullar niyə büdcədən kənarda qalıb hansısa məmurun “qara sandığını” doldursun? Bu pullar az vəsait deyil, ilə 300-500 milyon aralığında pul edir”, - deyə millət vəkili əlavə edib.