192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Statistik rəqəmlər dövlət rəsmilərinin açıqlamalarını inkar edir''
2019-03-15 16:44:00

Bu ilin yanvar ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 milyon manat az olub.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda belə deyilir.Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan bu rəqəmlər dövlət rəsmilərinin daim yeni iş yerlərinin yaranması barədə dediklərini, bir sözlə, işsizliklə bağlı açıqlamalarını inkar edir:

"Bu azalma 2018-ci ildə Azərbaycanda 118 min daimi iş yerlərinin yaradılması ilə bağlı açıqlamaların əsassız olduğunu bir daha təsdiq edir. İqtisadi göstəricilər arasında asılılığa görə, yeni iş yerlərin açılması əhalinin gəlirlərinin artımını təmin etməlidir. Çünki iş yerlərində ödənilən əmək haqları əhalinin başlıca gəlir mənbəyidir, bu halda, iş yerləri artıqca, əhalinin nominal gəlirləri də artmalıdır".

Qubad İbadoğlu deyir ki, bunun bir açıqlaması ola bilər. Görünür, ötən il bağlanan iş yerlərinin sayı açılanlardan çox olub.