192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Taleh Bağırzadə telefon danışıqlarının dinlənilməsindən və qəzetlərin verilməməsindən şikayətçidir
2019-03-15 17:16:00

"Taleh Bağırzadə deyir ki, görünür, həbsxana şəraitində mənim məlumatlı olmağım bunları narahat edir. Ona görə axır vaxtlar adi "Yeni Müsavat", "Hürriyyət" kimi qəzetləri də vermirlər", - "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadə Meydan TV-yə həyat yoldaşının durumu barədə məlumat verib.

Xanımının sözlərinə görə, Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsindən Səadət Bənənyarlı və Əliməmməd Nuriyev martın 7-də T.Bağırzadə ilə görüşüblər. Ona qəzet qadağası da ondan sonra başlayıb: "Çox məsələlərdən danışıblar. Bu haqda evlə danışanda özü bizi məlumatlandırdı. Deyir, ona Milli Şura ilə bağlı müəyyən suallar veriblər, cavablarını da alıblar. Bildirdi ki, söhbətdən, suallardan belə başa düşüb, internetdə onu gözdən salmaq məqsədilə yayılan səs yazısına verdiyi cavab narahatlıq yaradıb. Əfvdən söz düşəndə Taleh Bağırzadə deyib ki, nə özü əfv üçün müraciət edib, nə də kiminsə ondan ötrü müraciət etməsini istəyir. Heç kimdən əfv diləmək fikri yoxdur. Çünki heç bir cinayət törətməyib. Əksinə, ona münasibətdə cinayət törədilib və törədilməkdə davam edir. İllərdir şərləyib günahsız yerə həbsdə saxlayırlar. Hətta onlara deyib ki, "hansısa siyahıda görsəniz, üstündən xətt çəkin". Deyəsən, belə cümlə də işlədiblər ki, "əfv üçün sənin yanına gələnin ağlı yoxdur". Onun yetərincə məlumatlı olması bunları təəccübləndirib. Bəlkə də buna görə o qəzetləri də daha vermirlər".

Həyat yoldaşının sözlərinə görə, T.Bağırzadə telefon danışıqlarının dinlənilməsindən də şikayətlənib. Bildirib ki, o, evlə danışanda yanında xüsusi adam dayanıb danışıqları dinləyirdi. Ancaq şikayətindən sonra bu hal aradan qalxmışdı. Son vaxtlar isə yenidən eyni davranış təkrarlanır: "Həm açıq-aşkar kimsə oturur yanında, həm o biri tərəfdən dəstəyi götürüb qulaq asırlar. Bunu mən özüm də hiss eləmişəm".