192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiya Xarici İşlər Nazirliyi: "Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür"
2019-03-16 12:52:00

 

ATƏT Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin müzakirə formatı barədə dəfələrlə fikir bildirib, bu format yalnız tərəflərin razılığı əsasında dəyişdirilə bilər.Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  deyib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqlar formatı barədə danışıb, bu tərəflərin razılığı əsasında dəyişdirilə bilər. Əgər hər hansı bir mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən təmsil olunacağı barədə razılıq əldə edilərsə, bu, tərəflərin qərarı olacaq və biz bunu hörmətlə qarşılayacağıq", deyə o bildirib.