192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan dövlət sərhədini pozan Azərbaycan vətəndaşı zərərsizləşdirilib. Artsrun Hovhannisyan
2019-03-16 11:32:32

"Bu gün 01:30 radələrdə, Ermənistan Respublikasının şimal-şərq sərhədindəki  N hərbi hissəsinində erməni hərbi qulluqçunun tərəfindən aşkar edildikdən, xəbərdarlıq etdikdən  və itaətsiz olduqdan sonra Ermənistan Respublikasının dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib”- bunu Facebook səhifəsində Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

"Ayağından yaralandıqdan sonra ona ilk tibbi yardım göstərilib, sonra  xəstəxanaya aparılıb. Həyatına təhlükə yox. Onda tapdığı sənədlərə əsasən, bu şəxs Azərbaycan Respublikasının Qazax rayonunun sakini,    1986 il doğumlu  İbrahimov Elvin Arif oğludur. Hadisə ilə bağlı Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətidində cinayət işi başlanıb, istintaq aparılır "- deyə Artsrun Hovhannisyan yazıb.