192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gəncə hadisəsindən yazmağı kim və niyə qadağan edib?
2019-03-16 15:48:29

"Gəncə hadisələri barədə üç başqa-başqa iş üzrə rəy verib ki, "Azərbaycan Ermənistanla müharibə şəraitindədir, belə vəziyyətdə o cür məqalələr yazmaq olmaz. Bu nə deməkdir axı?" - vəkil Elçin Sadıqov martın 15-də məhkəmə çıxışında bildirib.

Azadliq.org yazır ki, Elçin Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsində "criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun işi üzrə çıxış edib. Təqsirləndirilən jurnalistə bəraət verilməsini istəyən vəkil deyib ki, ona verilən dövlət əleyhinə çağırışlar, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əsassızdır:

"O yazılarda dövlət əleyhinə açıq çağırış, qanunsuz əmələ sövqetmə yoxdur. İttihamda yer alan iki məqalənin biri başqa agentlikdə yayımlanıb. KİV haqqında qanuna görə, başqa media orqanında yayılan və təkzib olunmayan məqaləyə görə onu yenidən dərc edən məsuliyyət daşımır".

Vəkil jurnalistin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi barədə yazılara görə cinayət məsuliyyətinə cəlb olunmasını ifadə azadlığının pozuntusu kimi qiymətləndirib.

O, Avropa Məhkəməsinin qərarlarını yada salaraq, ictimai maraq kəsb edən məsələlərdə ifadə azadlığının əhatə dairəsini daha da geniş olduğunu vurğulayıb:

"İttihamda yazılıb ki, guya Anar Məmmədov "istintaq orqanının əməlinə kölgə salıb". Kölgə salmaq nə deməkdir? Guya o məqalələr bir neçə nəfəri həyəcanlandırıb. Sayt bloklanandan sonra o qadınlar necə oxuyub həyəcanlanıblar? Heç məqalələrin məzmununu da deyə bilmədilər".

Elçin Sadıqov yazılarda dövlət əleyhinə çağırış olduğunu iddia edən ekspert rəyinin də sübutlar siyahısından çıxarılmasını, Anar Məmmədova bəraət verilməsini istəyib.

Martın 18-də jurnalist məhkəmədə son sözünü deyəcək, ardınca hökm oxunacaq.