192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
73 milyon manatı mənimsədiyinə görə həbs olunmuş şəxs vaxtından əvvəl azadlığa buraxılıb
2019-03-16 14:59:19

Rabitə Nazirliyi aparatının keçmiş rəhbəri Vidadi Zeynalov cəzasının 4/5 hissəsini çəkməsilə əlaqədar bu gü vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

O 2015-ci ilin noyabrında həbs olunmuşdu və 73 mln. manatı mənimsədiyinə, sui-istifadə və vəzifə səlahiyyətinı aşdığına görə 13 il azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi cəza müddətini 4 ilədək azaldıb. Rabitə Nazirliyinin digər beş nəfər yüksək vəzifəli məmuru şərti olaraq azadlıqdan məhrum edilib.

V.Zeynalovun bu gün azadlığa buraxılması sosial şəbəklərdə kəskin reaksiyaya səbəb olub. Belə ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov qeyd edib ki, 73 mln. manatı mənimsədiyinə görə həbs edilmiş V.Zeynalov artıq azadlıqdadır, korrupsiyaya qarşı mübarizə aparanlar isə həbsdə.

Öz növbəsində AXCP lideri Əli Kərimli sual edib: Vidadi Zeynalovu azadlığa buraxan hökumət korrupsiya ilə mübarizə apara bilərmi? O, V.Zeynalovun yüksək səviyyədə himayə olunduğunu hesab edir.

Jurnalist Natiq Cavadlı qeyd edib ki, V.Zeynalovun həbs müddətini 13 ildən 4 ilə endirirlər, sonra buraxırlar, 1,2 il həbs cəzası qalan hüquq müdafiəçisi Əliabbas Rüstəmovu, yarım ildən az cəza müddəti qalmış jurnalist Seymur Həzini azad etmirlər.

"Azərbaycanda ədalətsizlik hökm sürür, məhkəmə yoxdur, hər şeyi bir nəfər həll edir", - N.Cavadlı yazıb.