192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əfv olunanlar rejimə qarşı müxalifətdə qalacaqlarını bildirir
2019-03-18 17:58:09

"Azadıqinfo.az"da  "Mübarizə əzmim əvvəlkindən də artıqdır" sərlövhəli məqalə diqqəti çəkir.

Sayt dövlət başçısının martın 16-da imzaladığı əfv fərmanı ilə azadlığa çıxan keçmiş müstəntiq Rüfət Səfərlinin düşüncələrinə yer verib.

R.Səfərov həbsinə səbəb kimi bəzi həqiqətləri söyləməsini (2015-ci il dekabrın 20-də prokurorluq sistemindən istefa verməsilə bağlı siyasi bəyanatını nəzərdə tutur -red.) göstərir.

R.Səfərov üçillik həbs həyatı yaşamasını özünün və ailəsinin ömründən 3 il açıq surətdə talanması adlandırır: "Bəli, bu hakimiyyət təkcə xalqın mal-dövlətini, neftini-qazını, təbiətini-meşəsini, suyunu-dənizini, təhsilini-mədəniyyətini, qələmini-sözünü, seçimini-səsini deyil, həm də ömrünü-gününü soyur.

Keçmiş müstəntiq deyir ki, vəhşicəsinə işgəncələrə məruz qoyulub və son məqsədləri sındırıb qazanmaq istəyi idi, lakin faydalı xassələr qazandırdılar.

"Əvvəl hansı bünövrə prinsipləri rəhbər tutub yaşayırdımsa, eynisi varlığıma hakimdir. Azadlıqda ikən iradə, əzm və səbatın nə demək olduğunu ədəbi mətnlərdən öyrənirdimsə, məhbəsdə gerçək həyatdan fəhm etmək imkanım oldu".

R.Səfərov bildirib ki, səhhəti normal, psixologiyası qaydasında, ədalətsizliyə qarşı mübarizə əzmi isə əvvəlkindən də artıq, fikirləri qəti, mövcud idarəçilik barədə təsəvvürləri apaydındlr.

Nida Hərəkatının fəalı Qiyas İbrahimov azadlığa çıxdıqdan sonra deyib ki, bütün siyasi məhbuslar azadlığa buraxılmayana qədər ədalətin qalib gəldiyini hesab etmək olmaz. "Ancaq bizə qarşı olan qüvvə geri çəkildisə biz irəliləməliyik və hamının azadlığa buraxılmasına nail olmalıyıq",- o deyib. O deyib ki, koloniya daxilində əfvlə bağlı təntənəli tədbirdə iştirakdan imtina edib, çünki orada adətən hakimiyyətin repressiyalarına bəraət qazandıran hökumətyönlü KİV iştirak edir.

6 il həbsdə qalan digər NİDA fəalı İlkin Rüstəmzadə bildirib ki, azadlığa məğrurcasına çıxır, çünki əfv barədə ərizə yazmayıb. "Mübarizə davam edir. Bizə dayanmaq olmaz. Mənim şəxsi azadlığım əsas deyil. Əsas olan bütün Azərbaycanın azadlığıdır, demokratik dəyərlərin bərqərar olmasıdır", - o vurğulayıb.

NİDA-nın daha bir fəalı Bayram Məmmədov deyib ki, mübarizəni dayandığı yerdən davam etdirəcək. O qeyd edib ki, "rejimə qarşı müxalifətdə qalacaq".