192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Prokuror sayt redaktorunun şərti olaraq mühakimə edilməsini istəyir
2019-03-18 13:00:31

Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb. Ona qarşı CM-in 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Buna səbəb musavat.com saytında dərc edilən "Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı" məqaləsinin və repotyor.info-dan "Azərenerji" yoxlanılır, Pirverdiyev "elektrik terroru"- fin korrupsiyası"na görə dindirilir" məqaləsinin təkrar dərci səbəb olub.

Müttəhim ittihamları rədd edərək deyib ki, yazılarda dövlət əleyhinə çağırış yoxdur, söhbət 2018-ci il iyulun 3-də baş vermiş blekaut zamanı məmurun günahından gedir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iclas zamanı dövlət ittihamçısı çıxış edib. O, jurnalistin 2 il sınaq müddəti olmaqla şərti olaraq 5 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Proses martın 19-da davam edəcək.