192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan hökumətinə LGBT fərdlərinin şikayətinə görə suallar göndərilib
2019-03-19 12:16:09

2017-ci ilin sentyabr ayının ikinci yarısında Bakıda LGBT fərdlərinə qarşı keçirilən polis reydləri nəticəsində 600-ə qədər adam məsuliyyətə cəlb olunmuşdu. Bunların bir qisminə cərimə cəzası verildi, xəbərdarlıq edildi, 60-a yaxın şəxs isə 30 sutkaya qədər inzibati həbsə göndərildi. Həmin həbslərlə əlaqədar Avropa Məhkəməsinə göndərilən şikayətlər üzrə kommunikasiya mərhələsi başlayıb. Avropa Məhkəməsi şikayətdə göndərilən hallarla bağlı Azərbaycan hökumətinə çoxsaylı suallar göndərib.

Meydan TV yazır ki, həbs olunanlar İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirləndirilirdi. Amma onlar şikayətlərində bu ittihamın yalan olduğunu, LGBT fərdləri olduqlarına görə cəzalandırıldıqlarını bildiriblər. Ərizələrində yazıblar ki, istər saxlanılarkən, istərsə də sonra təcridxanada işgəncəyə, qeyri-insani rəftara məruz qalıblar, ləyaqətləri alçaldılıb, tibbi müayinəyə məcbur ediliblər.

Həbs olunanlardan 25 nəfəri Avropa Məhkəməsinə şikayət göndərib. Onlar ərizələrində İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3 (işgəncə, qeyri-insani, insan ləyaqətini alçaldan rəftara məruz qalmamaq hüququ), 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi həyatın toxunulmazlığı hüququ) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrilə təminat verilən hüquq və azadlıqlarının pozulduğunu göstəriblər.

2017-ci ilin sentyabrında Azərbaycanda həyata keçirilən bu həbslər, saxlanılan LGBT fərdlərinin işgəncəyə məruz qalması barədə məlumatlarla əlaqədar bir sıra insan haqları təşkilatları etiraz bəyanatı yaymışdı. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks bununla əlaqədar Azərbaycanın Daxili İşlər naziri Ramil Usubova məktub göndərib, saxlanılan LGBT fərdləri barədə obyektiv araşdırma aparılmasını, ətraflı məlumat verilməsini istəmişdi. R.Usubov Nils Mujnieksə cavab məktubunda bildirmişdi ki, Bakıda LGBT fərdləri başqalarına qarşı zorakı hərəkətlərə yol verir. Bununla əlaqədar şikayətlər əsasında reydlər keçirilib. Nazir yazırdı ki, saxlanılan şəxslərin hüquqlarının pozulması barədə iddialar əsassızdır: "Onların saxlanılmasında məqsəd yalnız vətəndaş şikayətlərini doğuran halları müəyyənləşdirib qarşısını almaqdır. Habelə, məqsəd insanların hüquq və azadlıqlarını, onların sağlamlığını, ictimai təhlükəsizliyi qorumaq olub. Cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir”.