192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan səfiri 10 banka kürü oğurladı və … – Yarım milyon mənimsəmədə ittiham edilir
2019-03-19 13:20:06

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.

Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, söhbət 10 banka kürüdən gedir.

Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.

Qeyd edək ki, Daşqın Şikarov Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Daşqın Şikarovu geri çağırıb.
Anews.az-ın xəbərinə görə, bununla bağlı haqqın.az prezidentin rəsmi saytına istinadən məlumat yayıb.

Həmçinin qeyd olunur ki, Xarici İşlər naziri Elmar Məmmədyarovun əmri ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanova Əmirlikdə müvəqqəti işlər üzrə müvəkkili təyin edilib.

Leyla Süleymanova yeni səfir təyin olunana qədər Azərbaycanın müvəqqəti işlər müvəkkili vəzifəsində çalışacaq.