192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Müdafiə naziri D. Tonoyan və BQXK rəsmisi Azərbaycanda həbs edilmiş K.Ğazaryanla qanuni şəkildə görüşlərin təmini məsələsini mühüm hesab edib
2019-03-19 11:32:18

ER Müdafiə naziri Davit Tonoyan Ermənistanda Qırmızı Xaç Beynəlxalq Komitənin nümayəndə Kler Meytroyu və QXBK müdafiə məsələlərini sistemləşdirən rəhbəri Zurab Burdulini sonuncunun Ermənistanda missiyasını başa vurması münasibətiylə qəbul edib. ER Müdafiə nazirliyinin məlumatına görə, görüşdə Müdafiə nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın aktual məsələləri, tədbirlərin təqvimi, əməkdaşlığın səmərəliliyinin artırılması imkanları və perspektivləri müzakirə olunub. Həmsöhbətçilər həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş insanların taleyinə, ER hərbi əsirlərin, girov götürülmüş şəxslərin və BQXK-nın hərəkətlərinin əlaqələndirilməsinə dair digər məsələləri də müzakirə etdilər. Tərəflər 2018-ci il iyulunda erməni-azərbaycan səhədini keçən və fevralın 27-də Azərbaycan məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum olunan ER vətəndaşı,Tavuş vilayətinin Berdavan kənd sakini Karen Ğazaryanın taleyinə toxunmaqla qeyd ediblər ki, Yerevanda və Bakıda Qırmızı Xaç idarələrinin sistemləşdirici şəkildə işləri sonuncunun qanuni şəklidə görüşü və ailəsiylə məktublaşmanı təmin etmək məqsədiylə razılaşma, olduqca mühümdür.