192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT Anar Məmmədov barədə hökmü pisləyib
2019-03-19 16:50:08

ATƏT “Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun məhkum edilməsini pisləyir.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir “Twitter” hesabında yazıb ki, Anar Məmmədovu məhkum edən məhkəmə qərarı bir daha Azərbaycanda ifadə azadlığı və media azadlığında narahatverici tendensiyanın olduğunu nümayiş etdirir.

“Mən səlahiyyətli qurumları apelyasiya instansiyasında bu cinayət işinə nəzər salıb jurnalistə maneəsiz işləmək imkanı verməyə səsləyirəm” - deyə Harlem Dezir vurğulayıb.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, A.Məmmədova 5 i 6 ay şərti azadlıqdan məhrum edilib.

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

A.Məmmədov son sözündə günahsız olduğunu söyləyib: “Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”․