192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fəvvarələr meydanında saxlananlar olub
2019-03-19 14:43:27

Bu gün, martın 19-da saat 12 radələrində bir qrup şəxsin Fəvvarələr meydanında aksiya keçirmək istədiyi bildirilir.

Hadisə yerindən verilən məlumata görə, 3-4 nəfərdən ibarət bir qrupun üzvləri saxlanıb. Onları mülkigeyimli şəxslərin saxladıqları qeyd olunur.

Həmin şəxslərlə birgə reportyorlar Fatimə Mövlamlı və Nurlan Librenin də saxlandığı bildirilir.

Hələ bir müddət öncə sosial şəbəkələrdə martın 19-u saat 12 radələrində Bakıdakı Fəvvarələr meydanında etiraz aksiyası keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, aksiyada hakimiyyətə müxtəlif məsələlərlə bağlı etirazlar ediləcəyi nəzərdə tutulurdu.

Daxili İşlər Nazirliyindən, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

Saxlananların Səbail Rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsinə aparıldığı bildirilir. Amma bu deyilənləri bölmədən də dəqiqləşdirmək mümkün olmayıb.