192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir
2019-03-19 15:02:13

“İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Axundzadə ona qarşı olan qeyri-insani münasibətə, "kars"a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb.”

"Amerikanın Səsi"nin bildridiyinə görə, bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyevfacebook səhifəsində məlumat yayıb.

Hüquq müdafiəçisinin yazdığına görə, atasına dəstək olaraq Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də martın 19-dan aclıq aksiyasına başlayacağını bildirib.

Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013- cü ildə ürəyindən əməliyyat olunub.

“Axundzadənin səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun "kars"da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir. Cəzasının çoxunu çəkib, özünün və oğlunun azadlığa çıxacağı gözlənildiyi halda Ruhulla Axundzadəyə qeyri-insani münasibət göstərib (onun saqqalının qırxılması tələb olunub) `karsa`a salınması şübhəli və müəmmalıdır,” hüquq müdafiəçisi qeyd edib.