192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda fəal prezidentə videomüraciət etdikdən sonra 30 günlük həbs edilib
2019-03-19 16:18:32

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov inzibati qaydada 30 günlük həbs edilib. Bu qərarı Xəzər rayon məhkəməsi martın 16-da qəbul edib. Bu barədə Turan-a AXCP-dən bildiriblər. Onun konkret olaraq nədə ittiham olunduğu bildirilmir.

Hümbətov martın 15-də saxlanılıb. Partiyada hesab edirlər ki, onun saxlanılmasının səbəbi sosial şəbəkələr vasitəsilə prezident İlham Əliyevə müraciətidir.

Zirə qəsəbəsi sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət isə onun problemləri ilə maraqlanmır, buna görə zibilliklərdə karton toplayıb satmaqla çörəkpulu qazanmaq məcburiyyətindədir.