192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Xədicə İsmayıl: "İslahat barədə danışmaq çox tezdir"
2019-03-20 13:22:08

Siyasi məhbusların vahid siyahısını hazırlayan işçi qrupunun üzvünün Amerikanın Səsinə müsahibəsi

Siyasi məhbusların vahid siyahısını hazırlayan işçi qrupunun üzvü Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində son əfv sərəncamı və siyasi məhbus problemindən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidentinin əfv sərəncamı ölkədə siyasi məhbus probleminin həllinə kömək etdimi? Hökumətin son addımlarını islahat kimi qəbul edirsiniz?

Xədicə İsmayıl: Əlbəttə ki, islahat barədə danışmaq çox tezdir. Hələ ki, islahat kimi dəyərləndirə biləcək ciddi bir hadisə baş verməyib. İslahat ona deyə bilərik ki, sistemli dəyişiklikləri ehtiva edə bilsin. Bundan sonra bu problem yaranmasın. Bizdə isə hələ ki, kəmiyyət azalıb bir balaca və bir balaca deyəndə ki, bu dəfə əhəmiyyətli şəkildə azaldı. Kəmiyyət azalır. Amma problem həllini tapmır. Problemin həlli barədə danışa bilmərik hələ ki. Hələ ki, problemin miqyasını kiçildib. Bir ay bundan əvvəl 128 nəfər idi. Əfv sərəncamına qədər onların sayı enmişdi 124-ə. Müəyyən adamlar azadlığa çıxmışdır. Hazırda siyahıda hələ də 74 siyasi məhbus qalır. Bu artıq təsdiqlənmiş işlərdir. Bundan əlavə 51 nəfərin sənədlərini toplayırıq biz. Bu Gəncə hadisələri ilə bağlı həbs oluan adamlardı. Yenə də biz çoxlu sayda siyasi məhbusdan danışırıq. Əgər o sənədləri həqiqətən toplayandan sonra, o, 51 nəfərin də siyasi məhbus olduğu barədə ümumi rəyə gələ bilsək, onda yenə də bizim 128 nəfər siyasi məhbus olacaq, yəni yenə də miqyas dəyişməyəcək. Hökumətin əlində imkan var ki, bu problemi həll etsin - həll etməyə başlasın yavaş yavaş. Məsələn, hal-hazırda davam edən məhkəmələr var. O insanların bəraətlə azadlığa çıxması təmin oluna bilər, ən azından yeni siyasi məhbusların yaranmasının qarşısını ala bilər. Artıq öz həbsinin bir müddətini keçmiş adamlar var ki, onların azadlığa buraxılması həllini tapa bilər. Hərçənd ki, bəraətdən söhbət getmirsə, istənilən halda biz bunu çözüm kimi qəbul etmirik. Çözüm bəarətdir. Çözüm odur ki, Azərbaycan hökuməti problemi etiraf etsin özü üçün. Biz bu insanları nahaqdan həbs etmişik və onlar buraxılmalıdır. Əgər bu baş versə, bundan sonra bu cür halların baş verməməsinə bir ümid yarana bilər. Amma bu baş vermədiyi üçün hələ ki, biz nə islahat barədə danışırıq, nə də ki, problemin həlli barədə.

Amerikanın Səsi: Hazırda sizin siyahınızda neçə nəfər siyasi məhbus var? Siyahınızdakı siyasi məhbusların yaxın zamanda azadlığa buraxılacağına inanrısınızmı?

Xədicə İsmayıl: Hal hazırda siyahıda artıq təsdiqlənmiş 74 siyasi məhbus keysi var. Və daha 51 nəfərin sənədlərinin toplayırıq ki, onlar barəsində də qərar verə bilək. O 51 nəfər də Gəncə hadisələri ilə bağlı həbs olunan adamlardır. Biz onların həbsində siyasi motivlərin olduğunu ehtimal edirik. Lakin əlimizdə sənədlər tam toplanmayanadək bu barədə konkret rəy yürüdə bilməyəcik. Onlardan artıq bir qrupu 6 ildən 8 ilə kimi həbs cəzası alıb. Amma hələ də bizim o sənədlərə çıxışımız yoxdur. Yeri gəlmişkən, sizin verdiyiniz imkandan istifadə eləyib mən bu iş üzrə vəkil olmuş və yaxud məhbus ailələrindən xahiş eləyərdim ki, işçi qrupun üzvləri ilə o sənədlərin əldə olunmasında əməkdaşlıq etsinlər.

Amerikanın Səsi: Siyasi məhbus probleminin bütövlükdə həlli üçün hansı addımlar atılmalıdır?

Xədicə İsmayıl: Yəni, qeyd etdiyim kimi, biz, həll barəsində danışırıqsa, həll o deməkdir ki, artıq ölkədə siyasi məhbus yoxdur. Biz bilmirik, bu yaxınlarda, bu nəticəyə varacağıq, yoxsa yox. Amma hökumətin imkanı var ki, hal-hazırda məhkəməsi bitməmiş, həbs müddətinin üçdə ikisi bitmiş müəyyən insanları azadlığa buraxsın və bəzi işlərə yenidən baxsın. Yəni hökümətin bu imkanları var, hal-hazırda var əlində. Bu problemi həll edə bilərlər. Amma hələ ki, mən o iradəni ciddi şəkildə görmürəm. Əgər bu addımlar davamlı olacaqsa və hökumət problemin həlli istiqamətində daha davamlı addımlar atacaqsa biz, ancaq, təbrik eləyə bilərik hökuməti ki, nəhayət ki, özündə güc və iradə tapdı. Və biz bunu heç bir halda geri çəkilmə kimi qəbul etmək istəmirik, yəni hökumət nədənsə qorxdu, nəsə elədi. Mən o ritorikanın əleyhinəyəm. Hökumət nəhayət ki, özündə güc və iradə tapıb, biz hökuməti təbrik edirik, bu, qənaətə gəldiyi üçün. Amma bu addımlar gərək davamlı olsun. Hələ ki, biz, bir addım görmüşük. Davamlı olmalıdır bu addımlar və bir-birinin ardınca, biz, gözləyirik ki, hansısa addımlar atılsın. Hökumət nəinki indi həbsdə olanların əfv və ya amnistiya ilə azadlığa çıxması, o cümlədən də daha yeni siyasi məhbusların yaranmaması üçün sistemli addımlar atmalıdır. Bundan ötrü nə lazımdır. Bayaq dediyim kimi hökumət birinci növbədə özünə, sonra da cəmiyyətə etiraf etsin ki, bəli biz bu adamları nahaq tutmuşuq. Bu məhkəmə qərarlarında siyasi motivlər olub və məhkəmələrə bu siyasi motivli qərarların qəbul edilməsi üçün təztiq göstərməsin. Bunu etiraf etməyincə, bu adamlar bəraət almadıqca, bu problem mövcudluğunu qoruyub saxlayacaq. Çünki iradə birinci etirafdan başlayır. Hökumət özü-özünə etiraf etməlidir ki, bəli indiyə qədər səhv olub, bundan sonra biz, bu addımları atmayacağıq. Bax bu olacaq hökumətin ciddi proqressiv addımı. Bu baş verənədək təəssüf ki, biz, o qədər də nikbin deyirik.

Amerikanın Səsi: AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi ilə əlaqələriniz varmı? Onun fəaliyyətini necə qiymətləndirirsiniz?

Xədicə İsmayıl: Məruzəçi xanımla biz qrup olaraq təmasdayıq. Ona məlumatlar göndərilir. O məlumatlarla tanış olur. Təəssüf ki, qrupun koordinatoru mən və İntiqam müəllim bizim heç birimizin xaricə çıxışı yoxdur. Amma xaricə çıxışı olan həmkarlarımız var, qrup üzrə onlar görüşürlər o məruzəçi xanımla. Biz məlumatları çatdırırıq. Yeri gəlmişkən xanımın təqdim etdiyi komitədə qəbul edilmiş sənəddə də işçi qrupun hazırladığı siyasi məhbuslarla bağlı siyahıya istinad var idi. Bu siyahı ilə işləyir xanım məruzəçi. Bilirik ki, aprelin əvvəlində dinləmələr olmalıdır komitədə. Dinləmələrdə ekspertlər də çıxış edəcək. Yəqin ki, biz çalışacağıq ki, o dinləmələrdə çıxış edən ekspertlər də əllərində kifayət qədər məlumatla getsinlər ki, orada heç bir sual yaranmasın. Əlbəttə ki, problem çox genişdir və onun araşdırılması vaxt istəyir. Xüsusilə də nəzərə alsaq ki, hələ ki, məruzəçinin ölkəyə səfəri baş tutmayıb. Bu ilin yanvarında qərar qəbul olunmuşdur ki, səfər olmalı idi. Səfər hələ ki, baş tutmayıb. Ümid edirik ki, dinləmələrdən sonra bu səfər baş tutacaq. İyun üçün və yaxud sentyabr sessiyası üçün artıq o hesabat mövcud olacaq. Amma könül istər ki, o vaxta kimi o hesabata salınası ad qalmasın. Amma bu sürətlə çətindir.