192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əli Əhmədov: Qısa zaman ərzində dörd yerdə yanğının baş verməsi bizi başqa mənada düşünməyə vadar edir
2019-03-20 15:30:17

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi.

Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O, bildirib ki, binanın təmiri ilə əlaqədar işlər görülür: “Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son bir neçə ayda belə yanğınların baş verməsi bizi iki mənada narahat edir. Birincisi yanğın nəticəsində insanlar əziyyət çəkirlər. Sonuncu yanğında iki nəfər dünyasını dəyişdi. Əlbəttə, bu, bizi üzür və əsasən narahatçılığımız da budur.

İkincisi isə qısa zaman ərzində dörd yerdə yanğının baş verməsi bizi başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı yanğın törətmə əməli olub, yoxsa yox. Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”