192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda vulkan təhlükəsi
2018-11-15 11:19:40

Abşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər.

Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb.

Yaxın aylar ərzində də dörd palçıq vulkanının püskürəcəyi gözlənilir. İki palçıq vulkanı var ki, onların püskürməsi qorxuludur. Abşeron yarımadasında Bozdağ Qobu vulkanının püskürməsi çox qorxuludur.

O püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Həmin binalar vulkanın mərkəz hissəsinə yaxın yerləşir. Digər tərəfdən, ora yaşayış binaların sakinləri tərəfindən də zibillənir.

İnsanlar məskunlaşan zaman vulkana yaxın ərazidə ev tikməməlidirlər. İndi Hökməli qəsəbəsində də vulkan ətrafında böyük bir yaşayış massivi əmələ gəlib, amma bu çox təhlükəlidir.