192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fəzail Ağamalı: Cahangir Hacıyev və Rüfət Aslanlının mülkləri satışa çıxarılsın
2018-11-15 13:34:32

Cahangir Hacıyevin, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, oradan şəhid ailələrin sığorta pullarına ödənilsin.

Milletinsesi.info xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdəki çıxışında deyib.

“Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim.

Cahangir Hacıyevin Londondakı malikanələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, oardan şəhid ailələrin sığorta pullarına ödənilsin”.