192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Deputat Elman Məmmədov Milli Məclisdə hökumət üzvlərini tənqid edib
2018-11-15 15:28:39

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib.

“Report”un xəbərinə görə, E.Məmmədov qeyd edib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır.

“Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?”, - deyə deputat bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür iclasda iştirak edirlər: “Bəzi sahələrin aidiyyəti şəxsləri gediblər. Amma müzakirəyə aidiyyəti olan şəxslərin hamısı iclasda iştirak edirlər”.