192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
'İlham Əliyev 2003-cü ildən islahatlardan danışır'
2019-03-22 14:39:24

«İndiki siyasi güc 26 ildir hakimiyyətdədir, onun indiki siyasi lideri isə 16 ildir iqtidardadır. 16 ildən sonra islahatlardan danışmaq gülüş doğurur. Sual yaranır ki, bu vaxta qədər neynəmisiniz?».

Azadlıq Radiosunun xəbərinə görə, bunu siyasi şərhçi Rauf Mirqədirov dövlət başçısı İlham Əliyevin islahatlarla bağlı fikrini şərh edərkən söylədi Onun qənaətincə, köklü hüquqi, siyasi, iqtisadi islahatlar «səhər yuxudan durdum, ağlıma gəldi, həyata keçirdim» deməklə baş tutmur.

R.Mirqədirovun sözlərinə görə, İ.Əliyevin islahat aparmasına şübhəylə yanaşması səbəbsiz deyil. O, hakimiyyətin vaxtaşırı islahat haqda danışdığını və Azərbaycanı böhrandan aparılan iqtisadi-siyasətin xilas etdiyi barədə verdiyi bəyanatlarını xatırladır.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də dövlət başçısının hakimiyyətə gəldiyi vaxtdan islahatlar haqda danışdığını söyləyir: «Bir söz demək çətindir. Bir məqama diqqət yetirilmir ki, İlham Əliyev 2003-cü ildən bəri islahatlar barədə danışır. 2003-cü ilin sonunda, 2004-cü ildə bir neçə dəfə tədbirlər keçirərək ölkədə ciddi dəyişikliklər edəcəyini, islahatlar aparacağını bəyan edib. Hər dəfə də sözünün arxasında əməl dayanmayıb, ciddi dəyişiklik baş verməyib. Ona görə də bu dəfə islahat haqqında danışmasından ciddi nəticə gözləməyə tələsmək lazım deyil».

Amma İ.Qəmbər ilin əvvəlindən İ.Əliyevin cəmiyyətlə yaxınlaşmağa cəhd göstərdiyini, müəyyən kosmetik dəyişikliklər etdiyini də bildirir. «Bu, kosmetik dəyişikliklərin ən ciddilərindən biri siyasi məhbusların təxminən üçdə birinin azadlığa buraxılmasıdır», - Mərkəz rəhbəri qeyd edir.