192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsavat fəalının həyat yoldaşı Litvadakı səfirliklərə müraciət edib
2019-03-23 12:13:27

Həbsdə olan Müsavat fəalı Azad Həsənovun həyat yoldaşı Təranə Həsənova Litvada fəaliyyət göstərən Avropa ölkələri səfirliklərinə müraciət edib.

Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Müraciətdə qeyd olunur ki, Azad Həsənov 10 oktyabr 2018-ci ildə xəstə atasını görmək üçün siyasi sığınacaq aldığı Litvadan Bakıya qayıtdıqdan dərhal sonra siyasi motivlərlə həbs edilib və ona qarşı uydurma narkotik ittihamı irəli sürülüb.

Təranə Həsənova müraciətini İngiltərə, Fransa, Norveç və digər Avropa ölkələrinin Litvadakı səfirliklərinə təqdim edib və Azad Həsənovun işi ilə bağlı məlumat verilməsi üçün səfirlik nümayəndələri ilə görüş istəyib.

Artıq Norveç səfirliyi Təranə Həsənova ilə əlaqə saxlayıb və Azad Həsənovun həbsi ilə bağlı təfərrüatları öyrənib.

Müsavat Partiyasının fəalı Azad Həsənov 2014-cü ildən ailəsi ilə birgə Litvanın Vilnyus şəhərində yaşayır. O oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ona qarşı məhkəmə prosesi davam edir.

Hüquq müdafiəçiləri Həsənovu “siyasi məhbus” kimi tanıyıb.