192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Polis tərəfindən ən çox saxlanılan rekordsmen Fatimə Mövlanlı: «... bunu polisin ailəmə etdiyi təhdidə görə məcbur qalıb demişdim»
2019-03-23 13:24:26

Obyektiv TV-nin müxbiri Fatimə Mövlanlı qədər polis tərəfindən saxlanilib idarəyə aparılan ikinci jurnalist ya siyasətci yoxdur. Sonuncu dəfə onu 19 martda polisə aparıblar. Gördünüz fotonu Fatimə özü cəkərək sosiaı şəbəkədə yayıb. Turan İA Fatimə ilə onun rekordsmenliyi barədə söhbətləşdi.

- Demək olar Bakının bütün rayon polis idarələrində olmusan. Orada sənə münasibət eyni olub yoxsa polisin yaxsısı-pisi var?

- Açığı o qədər çox saxlanılmışam ki, artıq dəqiq sayı itirmişəm. 19 mart mitinqi ilə bağlı şəhərdə çəkiliş edərkən saxlanıldım. Ümumilikdə isə təqribən 20 dəfəyə qədər saxlanılmışam. Bura inzibati cərimə olunmağım və qeyri qanuni günlərlə bölmələrdə saxlanılmağım daxil deyil.

Bu çox təzadlı məsələdir. Bəli, polisin də yaxşısı-pisi var. Amma ümumi götürəndə pislərinin yanında yaxşılarının sayı o qədər azdır ki, demək olar gözə çarpmırlar. O ki qaldı şəxsən mənə münasibətə. Bəzi bölmələr var ki, (məsələn 4"cü bölmə) onlar artıq məni bir neçə dəfə tutublar və aramızda məcazi mənada doğmalıq yaranıb. Bu tanışlığa görə çalışırlar imkanları daxilində məni incitməsinlər. Ya da bir çox bölmənin əməkdaşları var ki, məni tanıyırlar və fəaliyyətimə hörmət edirlər, buna görə də "yuxarıdan" tapşırıq gəlməmiş xüsusi kobudluq etməməyə çalışırlar.

Amma bütün polislərin yazdırmağa çalışdığı saxta izahatları, serjantların həddindən artıq kobudluğu, ümumiyyətlə bizi saxlama səbəbləri qeyri-qanuni olduğu üçün, nəzakətli davranisalar belə onlara təşəkkür düşmür. Məni qeyri-qanuni saxlamısan, hələ sənə təşəkkür də etməliyəm? Boş söhbətdir.

Polis təzyiqi heç vaxt azalmır. Sadəcə vəziyyətə uyğun olaraq özlərini məsum göstərməyə çalışırlar ki, xalqın qəzəbindən yayınsınlar. Hərçənd bu onlarda uğurlu alınmır.

- Ailədə, qohumlarda, yaxınlarda sənə münasibət necədir?

- Ailəm də, qohumlarım da mənim haqq uğrunda mübarizəmə hörmətlə yanaşırlar, hətta dəstəkkəyirlər də. Amma təbii ki, həbs olunmağıma görə narahatdılar. Bu da ailədaxili stressə gətirib çıxarır ki, bunun da öhdəsindən gələ bilirik.

- Belə həyatdansa digərlər kimi sakit yaşamaq daha düzgün olmasmı? Bunu sənə deyənlər olur?

- Bunu daha çox polislər deyir . "Əşi, sənə lazımdır bölmələrdə gəzəsən? Get özünə iş tap da" Deyirəm, bəli, bu mənə də, mənim xalqıma da lazımdır! Neynirəm o sakit həyatı ki, haqsızlığa göz yumduğum üçün vicdanım məni rahat buraxmayacaq? Mənə belə həyat lazım deyil. İlham Əliyevə və ümumilikdə bütün diktatorlara nifrət edirəm. Bacardığım qədər bunu həmişə dilə gətirirəm.

- Həbsdə olmayanlara məsləhət verməyi xahis edirəm. Polisə düşəndə nə etmək ozünü necə aparmaq lazımdır,?

- Həbslər müxtəlif olur. Məsələn, biri var ki, hansısa aksiyada saxlanılasan və uzağı səni sutkalıq həbs və ya cərimə gözləyir bacardığın qədər özünü təmkinli aparmalısan. Pozitiv ol, danış, gül, hər hərəkətin və hər sözünlə onlara çatdır ki, cinayətkar sən deyilsən, səni saxlayan rejimdir. Heç bir halda qorxmaq lazım deyil. Bu yola çıxmısansa, həbsləri də gözə almalısan.

Biri də var ki, xüsusi həbslər, yəni səni şərləyib cinayət işini boynuna qoymaq istəyirlər. Burada da birinci abzasda qeyd etdiyim faktorlar keçərlidir. Fərq ondadır ki, burada işgəncə ilə qarşılaşmaq ehtimalın böyükdür. Rejimin güc strukturlarını, özbaşına qoçu strukturlarına çevirdiyi heç kimə sirr deyil. Əllərində sənə o saxta cinayət işinə imza atdıracaq istənilən vasitə var. Sənə işgəncə edə bilərlər və ya ailə üzvlərinlə şantaj edə bilərlər. Bu proses sən o kağızı imzalayana qədər davam edir.

- Bir dəfə sən 3 qün həbsdə qaldın, sonra oradan cıxaraq hamını təcübləndirən bəyanat verdin. O hadisənin təfərruatını acmağın vaxtı catmayıb?

- Mən hər həbsimdən sonra lazımı bəyanatları vermişəm. Söhbət ilk həbsimdən sonra "rəfiqəmgildə olmuşam" söhbətindən gedirsə, bildirim ki, sonradan da açıqlamışdım, bunu polisin ailəmə etdiyi təhdidə görə məcbur qalıb demişdim. Daha sonra özümdə güc tapıb həqiqətləri açıqladım.

- Əvf olunanların necəsini ozün qarşıladın. Onlarin əhvalı necə idi? Bir qündə bu qədər azad olunanları qarşılamağı necə bacardın və bunu nədən etdin?

- Azadlığa çıxan dostlarımızın əvhalı əla idi, onların ruh yüksəkliyi möhtəşəm idi. Bacardığım qədər çox dostumuzu qarşılamağa getdim. Bir Allah bilir ki, bunu necə fövqəladə enerji ilə bacardım. Məqsəd isə həm dostlarımıza xoş gəldin demək, həm də onlardan müsahibə almaq idi.

- Azərbaycan gənclərindən razısanmı? Sənin kimi siyasi fəal gənclər nə qədərdir? Necə fayiz? Bəs iqtidara alqış oxuyan gənclər coxdurmu?

- Azərbaycan gənclərindən tam olaraq razı deyiləm. Amma müqayisə edəsi olsaq, mənim kimi müxalif gənclər prezidenti mədh edən gənclərdən daha çoxdur. Bu gün danışmayan, çəkinən gənclərin hamısı potensial müxalifətçidir. Bu fakt mənə onu deməyə əsas verir ki, ümumilikdə biz İlham Əliyev rejimindən daha güclüyük və diktaturaya qalib gələcəyik.

YAP-çı gənclərlə münasibətim yoxdur ümumiyyətlə. Ancaq böyük ehtimalla bu müsahibəni oxuyacaqlar. Onlara demək istərdim ki, gənclər, siz sosial şəbəkələrdə lap 1.000.000 saxta profillə də prezidenti tərifləsəniz yenə də xalq sizə inanmır. Bilirlər ki, sizin bir çoxunuz pula görə, bir çoxunuz vəzifəyə görə, bir çoxunuz da rejimin iyrənc şantajlarına dözüb o partiyada fəaliyyət göstərirsiniz. Sizin halınıza səmimi qəlbdən acıyıram. Nə qədər ki, gec deyil, xalqın tərəfinə keçin. Çünki haqq həmişə nahaqqa qalib gəlib. Bunu unutmayın. Baxın, əgər yenidən doğulmağa inanmırsınızsa, onda sahib olduğunuz həyatı layiqincə qiymətləndirin. Bu həyata bir dəfə gəlirik və öldükdən sonra yeganə qazancımız insanların haqqımızda deyəcəyi fikirlər olacaq. O milyonlar nəyə lazımdır ki, üzərin 1000 yetimin ah-naləsi, qarğışı, söyüşü olacaq? Məncə bu həyat buna dəyməz. Mübarizə aparmaq isə şərəf məsələsidir. Ali dəyərlər uğrunda apardığınız mübarizə, bir müddət sonra sizin şəxsinizi də aliləşdirir. Hamı sizi yaxşı, mərd, şərəfli insan kimi xatırlayır. Yaşamınız tək qarnınıza çörək qazanmaqdan ibarət olmur, bütünlüklə bir xalqa xeyir vermiş olursunuz. Bunu düşünün. Əminəm ki, bu məsələni dərindən düşünsəniz, mütləq mübarizəyə qoşulacaqsınız.

- Gələcəyivi necə görürsən? Azərbaycanın gələcəyini?

- Öz gələcəyimi də, xalqın gələciyini olduqca parlaq görürəm. Tezliklə Azərbaycanda xalq hakimiyyətini bərpa edəcəyimizə inanır və bunun uğrunda mübarizə aparıram.