192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER və Gürcüstan baş nazirləri Yenokavanda qeyri-formal şəkildə görüşüb: əməkdaşlıq barədə məsələlər müzakirə olunub
2019-03-25 11:52:38

Baş nazir Nikol Paşinyan və Gürcüstan hökumətinin rəhbəri Mamuka Baxtadze martın 24-də  Tavuş  rayonunun  Yenokavan icmasında qeyri-formal şəkildə görüşüb.  Bu barədə  ER Baş nazirinin administrasiyasından bildirilir.
Həmsöhbətçilər  erməni-gürcü  əlaqələrinin müxtəlif   gündəlik məsələlərini müzakirə edib,  qarşılıqlı maraq doğuran digər mövzulara toxunub. 
Nikol Paşinyan və Mamuka  Baxtadze bütün sahələrdə   Ermənistan-Gürcüstan  əlaqələrinin vacibliyini  vurğulayıb və  gələcəkdə daha  fəal əməkdaşlığın  iki qonşu və dost dövlət arasında bir çox istiqamətlərdə əməkdaşlığın inkişafına və genişlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
Bu konteksdə tərəflər  neinki  rəsmi, həm də  belə qeyri-formal  görüşlərin  tez-tez keçirilməsini  mühüm sayıb.
Nikol Paşinyan və Mamuka Baxtadzenin  keçən qeyri-formal  görüşü  cari ilin yanvarın 15-də Gürcüstanın Bolnis şəhərində keçirilmişdir.