192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Lirənin ucuzlaşması qalıcı olsa, Azərbaycana təsir göstərəcək”
2019-03-25 13:24:01

“Türkiyənin milli valyutası-lirənin ucuzlaşması ilk dəfə deyil baş verir. 2018-ci ilin avqust-sentybar aylarında da bunun şahidi olduq və əgər bu proses qalıcı olsa Azərbaycana təsir göstərəcək”.

Bunu son günlər lirənin ucuzlaşması və bunun Azərbaycana mümkün təsirlərini şərh edərkən iqtisadçı Natiq Cəfərli bildirib.

N.Cəfərli lirənin ucuzlaşmasna səbəb kimi Türkiyə Mərkəzi Bankının açıqlamalarını, ölkənin iqtisadi siyasətini gösrərib. O əlavə edib ki, martın 31-də bu ölkədə gözlənilən bələdiyyə seçkilərinin də bu məsələyə təsiri var.

Lirənin ucuzlaşmasının Azərbaycana mümkün təsirlərinə gəldikdə iqtisadçı vurğulayıb ki, Türkiyədən ixrac artacaq. Nəticədə Azərbaycan bazarına daha çox Türkiyə məhusllarının daxil olacağı gözlənir: “Lirə ucuzlaşdığı üçün Türkiyədən mal və məhsul gətirmək daha cəlbedici görünür. Odur ki, lirənin ucuzlaşması qalıcı xarakterli olsa bunun şahidi olacağıq”.

İqtisadçı daha sonra deyib: “Lirə ucuzlşadığı üçün bu ölkədən idxal maraqlı görünür. Bu isə Azərbaycandan kənara daha çox valyutanın çıxacağı anlamına gəlir. Daha bir cəhət isə odur ki, idxal artdıqca, bu istehsalın azalmasına səbəb ola bilər”.

Son günlər yenidən Türkiyədə milli valyuta ucuzlaşmaqdadır. Bir dollar bu ölkədə bir neçə gün ərzində 5.40-dan 5.76 lirəyə yüksəlib.