192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsavat Partiyasının rayon təşkilatının yığıncağına müdaxilə olub
2019-03-25 14:43:25

Martın 24-də Müsavat Partiyasının Kürdəmir (Bakıdan 178 km qərbdə yerləşir) təşkilatı ümumi yığıncağına müdaxilə olub.

Müsavat Partiyasının mətbuat xidməti Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlıya istinadən bildirir ki, konfrans keçirilən məkana polis müdaxiləsi olub.

“Rayon təşkilatının ofisi olmadığına görə məcburiyyətdən yerli çayxanaların birində toplantı keçirilib.Tədbirin başlamasından bir az sonra növbəti qurultaya nümayəndələrin namizədliyi verildikdən sonra, çıxışlar başlayar, başlamaz yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və bildirdi ki, buranı boşaltmalısınız. Müsavatçılar məcbur olaraq məkanı boşaltdılar. Daha sonra iclası açıq havada davam etdirməli olduq,” Səxavət Soltanlı bildirib.

“Ölkə başçısı səviyyəsində siyasi islahatlara ehtiyac olduğunu bildirməsinə baxmayaraq, nəinki Müsavat Partiyasının yerli təşkilatları üçün ofislər təşkil etmək əvəzinə, bizə çayxanalarda belə toplaşmağa imkan verilmir. Bütün olanlara baxmayaraq, açıq havada da olsa partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Ayaqüstə olsa da, üzvlərimizlə söhbət edib informasiya mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikir mübadiləsi apardıq.”, -Səxavət Soltanlı əlavə edib.

Hüquq mühafizə orqanları Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına hələ münasibət bildriməyib.