192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiə təşkilatı təsis edilib
2018-11-15 16:33:24

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində qeyd olunur ki, Azərbaycanın keçmiş siyasi məhbusları həbsdə qalan dostlarına dəstəkl vermə qərarı aldılar. "Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədov, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin sədri Elşən Həsənov "Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiıə təşkilatını təsis etdilər.

Azərbaycanda bir çox QHT-lər ifadə azadlığı və siyasi məhbuslar məsələləri ilə məşğul olurlar. Onlar yaradılan risklərə baxmayaraq, siyasi məhbusların probləmnlərinə diqqət yetirmək niyyətiylə hakimiyyətə və beynəlxalq ictimaiyyətə ciddi şəkildə təsir göstərməyə çalışırlar. Onlar siyasi məhbusların azad olunmasına nail olmasalar da, ən az həbsxanada onların taləyni asanlaşdırırlar.

Siyasi Məhbuslara Azadlıq!" İttifaqının əsas məramlarından biri beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların (hər biri haqda ətraflı və əsaslı məlumatları əks etdirməklə) vəziyyəti və davam etməkdə olan repressiyalar barədə geniş şəkildə məlumatlandırmaqdır", - Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Qurum aparıcı deyib ki, beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək, Avropa İttifaqının İnsan Hüquqları üzrə Komitəsini Azərbaycandakı siyasi məhbuslar barədə məlumatlandırmaq niyyətindədir.

Maraqlıdır ki, məhz Elşən Həsənovun adı bir çox qalmaqallarda hallanırdı və qeyd olunurdu ki, o, Azərbaycanın DTX və DİN ilə əməkdaşlıq edirdi və Azərbaycan güc strukturlarının hüquq müdafiəçisidir, hansı ki onlara siyasi məhbuslarla bağlı məlumat aparırdı. Lakin biri siyasi məhbuslara yardım etmək istəyirsə, niyə olmasın? Çnüki siyasi məhbuslar məsələsi Azərbaycanın ən aktual məsələsidir.

Lakin məsələ onları doğru saymaqdadır. Hər bir təşkilatın siyasi məhbuslarla bağlı öz kriteriyaları vardır. Deyilir ki, hazırda siyasi məhbusların sayı 150 nəfərdir, lakin bəzi təşkilatlarda bu rəqəm ya azdır, ya çoxdur. Məsələn, Nardaran hadisələrindən sonra həbs edilənlər siyasi məhbus hesab olunurmu? İnsanları müdafiə etmək üçün bir təşkilatın dəqiq kriteriyaları yoxsa, onların işi çox çətin olar. Məsələn, siyasi məhbuslar kimdir? Yalnız öz qərbyönülü baxışlarla aktiv siyasətlə məşğul olanlarmı, liberalizm və demokratiya təbliğ edənlərmi, yoxsa radikal qruplarmı?

Azərbaycanda mövcud vəziyyətdə dindar qruplar siyasi məhbuslar kimi hesab oluna bilər, çünki Azərbaycanda siyasi islam ciddi təhlükədir və İlham Əliyev bunu başa düşərək onların aktivliyinin qarşısını almaq istəyir.

Əğər Tale Bağırzadənin siyasi ambisyaları vardı və o öz islam partiyasını qurmaq istəyirdi, aydındır ki, o və onun tərəfdaşları siyasi məhbuslardır, lakin Nardaranda qarşıdurmalarda iştirak edən adi sakinlər də həbs olundular. Bu insanlar heç bir şey etmədilər və həbsdədirlər. Beləliklə, onlar da siyasi məhbusdurlar.

Bütün bunlara baxmayaraq, bu cür təşəbbüs alqışlanılır, çünki ifadə azadlığı daima yaxşı və faydalı bir şeydir. Əğər siyasi məhbusların probləmləri və həbsxanada onlara qarşı olan təyziqləri barədə səsləndiriləcəksə, çox yaxşı olar. Həmçinin qeyd olunur ki, yalnız siyasi məhbuslar yox, azadlıqda olanlar üçün də həyat asan deyil. Məsələn, Leyla Yunus Azərbaycana gedə bilmir və bu işlərdə Hollandiyadan iştirak edir.