192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Tramp Türkmənistanı Novruz bayramı münasibətilə təbrik edib, ancaq Azərbaycanı unudub
2019-03-25 17:57:00

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Türkmənistan Xəzər dənizinin yeni hüquqi statusundan istifadə edərək öz qazını Avropa üçün ixrac edə bilər. Bu barədə Tramp Novruz bayramı münasibətilə Türkmənistan prezidentinə təbrikində yazıb, "Neytral Türkmənistan" məlumat yayıb.

"Amerika Birləşmiş Ştatları xalqı və onun işgüzar dairələri bizim Türkmənistanla iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni istiqamətlərin axtaşırını davam etdirirlər. Ümid edirəm ki, Türkmənistan bu yaxınlarda müəyyən edilmiş Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Qərbə qaz ixracı imkanlarından istifadə edə bilər", - Trampın təbkikində deyilir.

Bundan öncə Tramp Qazaxıstan prezidentini işə başlaması münasibətilə təbrik edib. Onun ünvanına göndərdiyi teleqramda səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.

Lakin ABŞ prezidenti Novruz bayramı münasibətilə Azərbaycan rəhbərliyinə təbrik göndərməyib.