192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş nazirinin sözçüsü: “Paşinyan-Əliyev görüşünə dair razılaşdırılmış bəyanat olacaq”
2019-03-25 16:24:56

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşlə bağlı razılaşdırılmış bəyanat olacaq.Bu haqda Baş nazirin mətbuat katibi Vladimir Karapetyan bəyan edib.

Müxtəlif mətbuat orqanlarının görüş yeri və müddətlərə dair müxtəliv variantlar səslənir, bununla belə tərəflərdən və vasitəçilərdən rəsmi bəyanatlar səslənmir.Regiona etdiyi son səfərdən sonra martın 1-də özlərinin yaydıqları bəyanatda ATƏT-in Minsk Qrupu həmsədrləri (İqor Popov, Rusiya, Stefan Viskonti, Fransa və Endryu Şofer), Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin həmsədrlərlə görüşmək üçün hazır olduqlarını məmnunluqla bildirmişlər. Bu, iki ölkə liderlərinin ilk rəsmi görüşü olacaq. Bundan əvvəl Duşənbə, Sankt-Peterburq və Davosda üç qeyri-rəsmi görüş keçirilmişdir.