192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda dəhşətli yanğın: zəhərlənənlər var
2019-03-26 11:12:28

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verib. Bu barədə martın 26-da Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, yanğın "Diqlas" ticarət mərkəzindən başlayıb. Yanğında 10 nəfər tüstüdən zəhərlənib.

Nazirliyin məlumatına görə, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və s. təxirəsalınmaz tədbirlər görülür.

Nazirlik ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.