192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gəncə işi: “Atama çox ağır işgəncələr veriblər”
2019-03-27 12:24:13

1968-ci il təvəllüdlü Samux Rayonu Ziyadlı kənd sakini Bayramov Rauf Fazil oğlu 2018-ci il iyul ayının 23-də saxlanılıb. Onu və oğlu Hüseyn Bayramovu iyulun 10-da Gəncə İcra Hakimiyyətinin qarşısında baş verən aksiyalarla bağlı həbs ediblər.

Övladının vetenugrunda.az-a verdiyi xəbərə görə, onu Gəncə şəhərindəki Nizami Rayon Polis İdarəsində saxlayıblar: “Atama çox ağır işgəncələr veriblər. Atam qan qusdurana qədər döyüblər. Əllərini, bədənini “toka” veriblər, barmaqlarını məngənənin arasında sıxıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev atama etmədiyi işləri etiraf etdirmək, özlərinin yazdıqları ifadələrə imza atdırmaq üçün ağlasığmaz işgəncələr verdirib. Atama elə işgəncələr, elə təhdidlər, təhqirlər olub ki, hətta biləklərini kəsiblər. Atam qanlar içində imza atıb bütün ifadələrə. Atam 21 maddə ilə ittiham edilir.”