192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gözəl Bayramlı: “Qadınların saxlanma şəraitində problemlər var”
2019-03-27 17:10:00

Gözəl Bayramlı "Amerikanın səsi"-nə müsahibəsində  qadın cəzaçəkmə müəssisəsində mövcud olan problemlərinə toxundu. 

Doğrudan da, mən 4 saylı Cəzaçəkmə Müəssisəsində yeganə siyasi məhbus idim. Bilirsiniz ki, ölkədə bir qadın cəzaçəkmə müəssisəsi var. Həmin müəssisənin yerləşdiyi bina 1933-cü ildə tikilib, olduqca köhnə bir yerdir. Düşünürəm ki, artıq bu da böyük bir problemdir və qadın cəzaçəkmə müəssisəsinin başqa bir ərazidə yeni binasının tikintisi gedir, ora köçürülməsi çox vacibdir. Mən bildiyimə görə, oranın təmiri hələ tam başa çatmayıb. Burada şərait (köhnə bina-red) çox müasir deyil, çoxlu sayda problemlər var. Bunun əsas problemi ərazinin və binanın daha köhnə olması ilə bağlıdır. Ona görə qadın cəzaçəkmə müəssisəsi yeni tikilən əraziyə köçürülməli və problem köklü şəkildə həll olunmalıdır. Burada uzun müddət davam edə bilməz. Həm qadınların sayı çoxdur, ona görə, saxlanma şəriatində müəyyən problemlər olur, otaqlarda, belə deyək, baraklarda müəyyən sıxlıq yaranır. O cümlədən məişət sahəsinə, sanitar qovşaqlarda müəyyən problemlər olur. Problemlər çoxdur. Vaxt azdır, sadalamaq istəmirəm. Amma, problemlər var, bu, problemlər həll olunmalıdır. Problemlərin həlli də binanın təzə bir əraziyə köçürülməsi və orada müəssisənin fəaliyyəini davam etdirməsidir"- deyə oq eyd etdi. 

Orada, müəssisənin əməkdaşlarının böyük əksəriyyəti qadınlardır. Baxmayaraq ki, müəssisənin rəhbərliyi, müavinləri, digər idarəedici şəxslər əsasən kişilərdir. Bir qadın müavin var. Qadınlara münasibət, əslində, mən açıq deyəcəm, ürəkaçan deyil. Mən elə istəmərəm. Bəlkə mən doğru düşünmürəm. Qadınlara münasibət, biz gözlədiyimiz səviyyədə deyil. Məsələn, bir çox hallarda, sərt münasibətin şahidi olursan. Amma əslində, mən bilirəm ki, kişi cəzaçəkmə müəssisələri ilə, qadın cəzaçəkmə müəssisələrinin fərqi ondadır ki, burada rejim qaydaları daha sərtdir. Sanki, qadınlara qarşı rejimi daha sərtləşdiriblər. Bu bir çox məsələlərdə özünü biruzə verir. Bizdə baraklarda müəyyən vaxtlarda istirahət üçün ancaq günorta bir saat vaxt ayrılır. Bundan kənar vaxt yataq ağ örtüklə örtülməlidir. Yatağın üzərində oturmaq olmaz. Əgər bir yorğunluğun, xəstəliyin varsa yatağın üzərində uzanmaq olmaz. Amma, mən eşitmişəm ki, kişi cəzaçəkmə müəssisələrində bu hallar yoxdur. Bu baxımdan, qadın cəzaçəkmə müəssisələrində rejimin daha sərt olduğunu və qadınlara münasibətin daha sərt olduğunu deyə bilərəm.