192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
FHN-in mətbuat katibi: “Bu fotonun ictimailəşdirilməsi ucuz şoudur!”
2019-03-28 17:59:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı sosial şəbəkələrdə müzakirə olunan yanğın fonunda çəkilmiş foto ilə bağlı Modern.az-a açıqlama verib.

Y.Babanlı bu fotonun ictimailəşdirilməsini ucuz şou adlandırıb:

“Digər tərəfdən, hər hansı bir jurnalist qəfildən yanımda dayanıb, gülərək foto çəkdirirsə, bunun günahı məndə deyil. Biz ictimai adamıq. Biz vətəndaşa xidmət ediriksə, vətəndaş istənilən situasiyada bizdən nə istəyirsə, biz onu həmən verməyə çalışırıq ki, narazılıq yaranmasın.

İstənilən situasiyada jurnalistdən tutmuş sıravi vətəndaşa qədər hər kəs bizə yaxınlaşıb məlumat almaq, foto çəkdirmək istəyə bilər. Şəkildəkilərin fotoya hansı şəkildə yansıması artıq onun öz problemidir. Paylaşılan fotoda yanımda dayanan şəxs gülürsə, bunun qəbahətini niyə Yəhya Babanlıya yükləyirlər?!”.

Y.Babanlı baş verən hadisə zamanı təmsil etdiyi qurumun fəaliyyətlərindən birinin də yanğını söndürməkdən ibarət olduğunu vurğulayıb:

“Yaxşı olardı ki, Yəhya Babanlının fotosunu yox, həyatını təhlükəyə ataraq o alovun içinə girən, yanğını söndürən yanğınsöndürənlərin fotosunu ictimailəşdirərdilər”.