192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax Azərbaycanın aqressiyasına qarşı çıxmaq üçün BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə etmə hüququndan istifadə edib: Azərbaycana XİN reaksiyası
2019-03-28 14:00:24

Artsax Respublikasının XİN  İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Artak Nersisyan “Lragir.am” agentliyinin Azərbaycanın son  bəyanatlarıyla bağlı sualına  cavab verib. Bəyanatlarda qeyd edilir ki,  əgər BMT-nin TŞ formulaları həyata keçirilməyəcəksə, o, “BMT Nizamnaməsində  qeyd edilmiş bütün  hüquqlardan istifadə etmək məcburiyyətində qalacaq”.

XİN XİN  İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yayılmış bəyanatı  tamamilə aşağıda təqdim edirik:

- Son zamanlarda Bakıdan  yenə  bəyanatlar səsləndirilmişdir ki, Azərbaycanın səbrinin limiti var və əgər  BMT TŞ  formulaları həyata keçirilməyəcəksə, o, “BMT Nizamnaməsində  qeyd edilmiş bütün  hüquqlardan istifadə etmək məcburiyyətində qalacaq”. Bundan başqa, Azərbaycan hakimiyyətləri  düşünür ki, “Ermənistanın dediyi sülh və  beynəlxalq hüququn dediyi sülh  fərqlidir.  Bakının belə  bəyanatı necə  şəhr edəcəksiniz?

- Bu barədə Azərbaycan tərəfinin iddiları  Bakı tərəfindən beynəlxalq hüququnun normalarının  yanlış təfsiri və özbaşına şərhinin açıq  nəticəsidir. Buna əlavə,  Azərbaycanın  rehbərliyi  beynəlxalq hüququnu inkar edir, nəzərə alaraq ki, beynəlxalq münasibətlərdə  “həqiqət güclünün tərəfindədir”  prinsipə üstünlük verilir.

Bakı tərəfindən  beynəlxalq hüquq normalarının qərazli şəhri barədə   o də sübut edir ki,  onlar sanki  BMT-nin Nizamnaməsinə uyğun olaraq, özünə təcavüzkar müharibə başlatma hüququnu verməyə çalışır. Bununla yanaşı, BMT Nizamnaməsi, əksinə, özünümüdafiə və Təhlükəsizlik Şurasının qərarı üçün iki icazə verilmiş hal istisna olmaqla, beynəlxalq əlaqələrdə qüvvələrin istifadəsinə qadağa qoymağı qanuni şəkildə təsdiqləyir. Amma Azərbaycan-Qarabağ  münaqişəsinin  kontekstində Bakı tərəfindən  özünümüdafiəsi  hüququnun təqdimi nəinki  müqavilə, həm də  adi hüququn baxımından  hüququi əsaslarına malik deyildir. Azərbaycan  nə Birləşmiş  Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə, nə də özünümüdafiənin  "qəfil və aşılmaz zərurətini" istinad edə bilməz, çünki  1994-cü ildən bəri atəşin və hərbi əməliyyatların dayandırılması  barədə üçtərəfli razılaşma imzalanıb və bunu iki erməni tərəfləri  tam olaraq saxlayır. Xatırladam ki, 1994-cü ilin iyulun 26-dan 27-dək (Artsax) Dağlıpq Qarabağ, Azərbaycan və Ermənistan  əlavə razılaşma imzaladılar, hansı ilə  “böyük bir siyasi razılaşmanın imzalanmasına qədər, onların atəşkəs öhdəliklərinin  qorumasını” yenidən təsdiq edib.

Qeyd etmək lazımdır ki,  məhz Artsax  Azərbaycanın təcavüzünə məruz qalmışdır və buna qarşı çıxmaq üçün  BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq, özünü müdafiəsi hüququndan istifadə edib.

Azərbaycan-Qarabağ münaqişəsinin kontekstində  özünün müdafiəsi  hüququ barədə Azərbaycanın spekülasiyaları, o cümlədən 2016-cı ilin aprelində  Azərbaycan tərəfindən  atəşkəs rejiminin pozulmaraq Artsaxa qarşı  geniş miqyaslı hücumun  başlanması zamanı, rədd edilib.  Qeyd etmək lazımdır ki,  əsasən Artsax Respublikasının Müdafiə Ordusunun  qətiyyatlı əməliyyatlar sayəsində Azərbaycan tərəfindən yeni təcavüzün başlanması  cəhdləri nin qarşısını alınıb. Yaradılmış vəziyyətə reaksiya verərək, ATƏT Minsk qrupunun həmsədr  ölkələri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa, eləcə də  Birləşmiş Millətlər  Təşkilatının Baş katibi, ATƏT-in fəaliyyətdə olan  sədri və Avropa  Şurasının Baş katibi eyni fikrin bölüşüb ki, 1994-cü ildə atəşkəs və 1995-ci ildə atəşkəs rejiminin saxlanması razılaşmalarına  ciddi riayət edilməlidir.

Xüsusilə, 2016-cı ilin dekabrın 8-də ATƏT Xİ nazirlər Şurasının iclası çərçivəsində  Minsk qrupunun  həmsədr ölkələrinin nümayəndəliklərinin rəhbərləri birgə bəyanatla çıxış edib və  tərəflərə “münaqişə zonasında hərbi əməliyyatların  dayandırılması üçün əsas olan 1994 və 1995 illərdə atəşkəs  barədə razılaşmalara ciddi riayət etməyə çağırıb”.

Buna əlavə, beynəlxalq hüququn zəruri norması olan öz müqəddəratını təyin etmək hüququ bastırmaq üçün həyata keçirilirsə, qüvvədən istifadə etməyi qadağan edir. Öz müqəddəratın təyin etmə prinsipinə qarşı qüvvənin istifadəsinə qadağan beynəlxalq hüquq normasının adi statusuna malikdir və bir sıra əsas beynəlxalq sənədlərdə, xüsusilə, “Birləşmiş Millətlərin Nizamnaməsinə uyğun olaraq, dövlətlər arasındakı dostluq əlaqələri və əməkdaşlıq barədə  beynəlxalq hüququn prinsipləri barədə  bəyannamədə” və  BMT Baş  Assambleyasının 3314 “Aqressiya səciyyəsi” formulası təsbit olunmuşdur.

Xatırlamaq lazımdır ki,  BMT Nizamnaməsi, qüvvənin istifadəyə dair  ümumi qadağa istisna olaraq,  beynəlxalq  mübahisələrin sülh yolu ilə həllinin prinsipini təsdiq edib. Ona əsasən, “BMT-nin üzvləri beynəlxalq sülhə, təhlükəsizliyə və ədalətə təhlükə yaratmamaq üçün öz mübahisələrini sülh yolu ilə tənzimləyir.

Aydındır ki,  regionda  sülh və sabitlik yalnız münaqişənin mənşəyini aradan qaldırmaqla əldə edilə bilər. Bu da ondan ibarətdir ki, Azərbaycan  Artsaxda yaşayan  insanların  həm  fərdi, həm  kollektiv  hüquqlarını inkar edir. Məhz Azərbaycan hakimiyyətləri tərəfindən Artsax xalqının müqəddəratını təyin etmək hüququnu qüvvə və terror vasitəsilə boğmaq cəhdi ona gətirib  ki, siyasi məsələ silahlı qarşıdurmaya çevrilib. Bu gün  Artsax-Azərbaycan münaqişəsinin nizamlanması prosesində  əsas maneələrdən biri də Bakının bu dağıdıcı siyasətdən imtina etməməsidir.

Əgər Azərbaycan  münaiqşəni  qüvvə vasitəsilə həll edə çalışacaqsa, hansı da BMT  TŞ  qeyd edilmiş 3314 formulasının 1-ci maddəsinə  aqressiv  müharibənin başlatması deməkdir,  Artsax Respublikası beynəlxalq hüquq normalarına və xüsusilə, BMT Nizamnaməsinə uyğun olaraq, özünü müdafiə etmək üçün bütün zəruri tədbirləri görmək və öz azadlığı və müstəqilliyini qorumaq hüququna malikdir.