192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mehman Hüseynov “Index Awards 2019” beynəlxalq mükafatına namizəddir
2019-03-29 10:57:30

Azərbaycanlı videobloger Mehman Hüseynov "Senzura indeksi" beynəlxalq jurnalist təşkilatının "IndexAwards2019" mükafatına namizəddir.

Qurumun məlumatında qeyd olunur ki, M.Hüseynov mətbuat azadlığının pozulduğu Azərbaycanda jurnalist və hüquq müdafiəçisidir. O, korrupsiya və insan hüquqlarının pozulması əleyhinə reportajları ilə tanınır.

M.Hüseynov 400 iddiaçı arasında 16 nominantdan ibarət siyahıya düşüb.

Namizədlər arasında Əfqanıstan, Kamerun, Kolumbiya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Ukrayna və ABŞ nümayəndələri var.

Mehman Hüseynov saxta böhtan ittihamı ilə mühakimə olunmuşdu və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılmışdı, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürüldü.