192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Teref.info saytının redaktoru şərti olaraq 5,5 il müddətinə azadlıqdan məhrum edilib
2019-03-29 11:21:16

Bakı Ağır Cinayətlər Məhkəməsində teref.info saytının redaktoru Nurəddin İsmayılovun barəsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətini aşmaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinərək iki il sınaq müddəti olmaqla, şərti olaraq 5,5 il azadlıqdan məhrum edilib.

Buna musavat.com saytında dərc edilən "Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı" məqaləsinin və repotyor.info-dan "Azərenerji" yoxlanılır, Pirverdiyev "elektrik terroru"- fin korrupsiyası"na görə dindirilir" məqaləsinin təkrar dərci səbəb olub.

Jurnalist ittihamları rədd edərək deyib ki, yazılarda dövlət əleyhinə çağırış yoxdur, söhbət 2018-ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar məmurun günahından gedir.

Məhkəmə Nurəddin İsmayılovun cəzalandırılması ilə bağlı prokurorun təklifini təmin edib.

Jurnalist məhkəmənin qərarı ilə razı deyil və perspektivdə Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla, yuxarı instansiyalara şikayət etmək niyyətindədir.