192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək
2019-03-29 15:43:39

Modern.az saytında «İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin REAL Partiyasının sədri İlqar Məmmədov haqqındakı cəzasını dəyişdirib. Dəyişikliyə əsasən, İ.Məmmədovun şərti cəzası başa çatıb: «Başqa sözlə, onun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib. İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən ölkədən çıxış qadağası da aradan qaldırılıb».

Amma sayt xəbər verir ki, REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli İ.Məmmədovla bağlı yeni açıqlama verib. O bildirib ki, Ali Məhkəmə İ.Məmmədovun kassasiya şikayətini qismən təmin edib: «Üzərindən şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı ləğv etdi. Amma cinayət işinə xitam vermədi. Bu isə o deməkdir ki, İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd kimi iştirak edə bilməyəcək».

E.Qədirli məsələ ilə bağlı yenidən məhkəməyə müraciət olunacağını istisna etməyib.