192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Berlində Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası
2019-03-29 17:59:10

Cümə günü Berlində Azərbaycandan olan bir qrup siyasi mühacir Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları bütün siyasi məhbusların azad edilməsini, hakim ailə rejiminin istefasını və Azərbaycanda avtoritar hakimiyyətə son qoyulmasını tələb ediblər.

İştirakçılar bildiriblər ki, 85 siyasi məhbusun hamısı azad edilənədək Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin qarşısında etiraz aksiyaları davam etdiriləcək.

Siyasi mühacirlər məmur özbaşınalığı, rüşvət və korrupsiyaya son qoyulmasını tələb ediblər. 

Aksiya iştirakçıları arasında bloger Orduxan Temirxan, Tural Sadıqlı və Qərbi Avropada yaşayan digər fəallar olub.