192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bayram Məmmədov: "Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm"
2019-03-29 17:01:00

Bayram Məmmədov "Turan" informasiya agentliyinə müsahibəsində qeyd etdi ki, simvollar xalqda hakimiyyətə qarşı qorxu və inam yaradır.

“Xalq hakimiyyətdən qorxur, ya da onun əbədiliyinə inanır. İnsanlar simvollara inamını itirdikdə, onları rədd edib məhv etdikdə, qorxmadıqda sistem çökməyə baslayır. Bu ölkədə hakimiyyətin simvolu Heydər Əliyev və onun abidələridir.

Biz isə sistemə qarşı ideoloji, solçu mübarizə aparırdıq və bu gun də aparırıq. Postamenti yazmağımız sistemə qarşı apardığımız mübarizənin məntiqi nəticəsi idi. Bu aksiyadan sonra Heydər Əliyevin heykəlləri sistemin simvolu kimi dəyərini itirdi. Xalq qorxudan imtina etməyə başladı. Bu, yalnız başlanğıc idi”.

"Ümumiyyətlə, mən cəza sistemini qəbul etmirəm, həbsxanalar cinayətkar ordusu yaradır, insanları islah etmir. Həbsxanalar insanlara əvvəlcədən onlara məlum olmayan yeni cinayətlər öyrədir. Əslində həbsxanalar cinayətkarları yox, məsum insanları- onların ailələrini cəzalandırır. Bizim oldugumuz cəzacəkmə müəssisəsində şərait digərlərindən daha pisdir. Das karxanasının tozu, su çatışmazlığı, gün ərzində havanın dəfələrlə dəyisməsi, administrasiya tərəfindən yaradılan süni problemlər və diskriminasiya bizim ücün adi bir sey idi, həyat tərzimiz idi. Hakimiyyət fikirləşirdi ki, bu münasibət mənim iradəmi sındıracaq, əksinə, hakimiyyətə olan qəzəbim məni daha çox motivasiya edirdi"-deyə o qeyd etdi.