192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş nazirinin iş heyətindən: “ Paşinyan və Əliyev bir sıra humanitar tədbirlər keçirmək barədə razılığa gəliblər”
2019-03-29 22:58:33

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vyanada bir sıra humanitar tədbirlər keçirmək barədə razılığa gəliblər. Bu barədə ER Baş nazirinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən məlumatlandırılıb. Məlumatda xatırlandırılır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Vyanada bu gün danışıqları keçirilib. Görüşdə iki ölkə Xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun, həmçinin ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Andrey Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik iştirak etmişlər.Sonra Nikol Paşinyan və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla əlaqədar müzakirələri ayrılıqda söhbət zamanı davam etdirib. Görüşün sonunda həmsədrlər və Xarici işlər nazirləri yenidən iki ölkə liderlərinə qoşulublar.Konstruktiv mühitdə keçirilən görüşdə Nikol Paşinyan və İlham Əliyev Duşənbədə əldə edilmiş razılaşmaları vurğuladılar ki, atəşkəsin möhkəmləndirilməsi istiqamətində addımların atılması və bir başa təmaslanmaq mexanizmlərinin yaxşılaşdırılmasını olduqca mühüm və zəruri hesab etmişlər.Həmsöhbətçilər münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün əlverişli atmosfer yaratmağın və bu istiqamətdə konkret addımların atılmasının vacibliyini vurğuladılar. Bir sıra humanitar tədbirlərin həyata keçirilməsinə dair şərtləşmə əldə olundu. Tərəflər iki ölkə Xarici işlər nazirlərinə tapşırıblar ki, ATƏT Minsk qrupu həmsədrləriylə görüşsünlər və dialoqu davam etdirməyə razılıq versinlər.