192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
MQ həmsədrliyi:”Paşinyan və Əliyev bir başa dialoqu davam etmək üçün razılaşıblar”
2019-03-30 10:00:40

ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri martın 29-da Vyanada Baş nazir Nikol Paşinyan və İlham Əliyevin görüşündən sonra birgə bəyanatla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu gün Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, ,Endryu Şofer, , Stefan Viskonti, tərəfindən Vyanada görüşmüşlər. Görüşdə Xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov da iştirak edib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik həmçinin iştirak edib. Görüş müsbət və konstruktiv bir mühitdə keçirilib və iki ölkə liderlərinə hörmətli mövqelərini aydınlaşdırmağa imkan yaranıb.Onlar həll prosesi və məzmunu ilə bağlı bir sıra əsas məsələlər barədə fikir mübadiləsi aparıblar.

Hər iki lider sülhün bərqərar edilməsinə və münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesində daha konkret və əhəmiyyətli addımların atılmasını vurğulamışlar. Duşənbədə aparılan danışıqları xatırladaraq, liderlər atəşkəsin gücləndirilməsinə və birbaşa ünsiyyət mexanizmlərinin təkmilləşdirilməsinə sadiq olduqlarını bir daha təstiq etdilər.Həmçinin humanitar sahədə bir sıra tədbirləri inkişaf etdirməklə bağlı şərtləşdilər.

Baş nazir və prezident tezliklə həmsədrlərlə görüşmək üçün nazirlərə təlimat verdilər. Onlar da birbaşa dialoqu davam etdirməyə razılaşdılar”.