192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərar qəbul edib
2018-11-16 11:39:00

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Məhkəmə Arif Aslanovun işi üzrə hökuməti cərimələyib. Bu barədə AİHM internet səhifəsində noyabrın 15-də qərarın mətnini yayıb.

Sözügedən şikayət böyrək çatışmazlığından əziyyət çəkən məhbusun həbsxanada vəfat etməsi ilə bağlıdır. Ərizəçi A.Aslanov 2007-ci ildə ölümə təşəbbüs itihamı ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb və barəsində həbs tədbiri seçilib. Böyrək çatışmazlığından əziyyət çəkən A.Aslanov MTN-in təcridxanasında birnəfərlik kamerada saxlanılıb. 

Qərarda yazılır ki, təcridxanda səhhətində ciddi problemlər yaranan ərizəçini dializ üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər. Ancaq onun sağlıq durumu getdikcə pisləşib və 2008-ci ilin yanvarında vəfat edib. Ancaq tibbi sənədlərə görə, o, ürək çatışmazlığından vəfat edib.

Ölüm hadisəsi ilə bağlı araşdırma başlanılsa da prokurorluq cinayət işinin açılmasından imtina edib. A.Aslanovun oğlu Emil Aslanov həmin qərardan şikayət verib. Lakin yerli məhkəmələr həmin şlikayətləri təmin etməyib.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, yerli məhkəmələr onların şikayətlərinə baxarkən Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin yolverilməzliyi) və 5-ci (azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusuna yol verib.

AİHM yekun qərarında ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Azərbaycan hökuməti ərizəçiyə maddi və mənəvi ziyana görə ümumilikdə 3500 avro ödəməlidir.