192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan 2012-ci il Olimpiadasının ağır atletika üzrə bürünc medalından məhrum edilib
2019-03-30 12:23:54

Azərbaycanın tərəfində çıxış edən bolqarıstanlı ağır atlet Valentin Xristov 2012-ci il London Olimpiya Oyunlarının bürünc medalından məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat verib.

Press-relizdə qeyd olunur ki, V.Xristovun antidopinq qaydalarını pozduğu məlum olub. Ancaq o, İdman Arbitraj Məhkəməsinə və ya BOK-un İntizam Komissiyasına şikayət etmək hüququnu özündə saxlayır.

Olimpiada-2012-nin bürünc medalı vyetnamlı ağır atlet Tran Le Louk Toana keçəcək.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə V.Xristov 100 min manat, onun məşqçisi isə 50 min manat məbləğində pul mükafatı ilə təltif edilmişdi.

Həmçinin əlavə olaraq MOK ona 50 min manat, məşqçiyə isə 25 min manat mükafat vermişdi. Beləliklə, V.Xristov və onun məşqçisinə 225 min manat ayrılmışdı ki, bu da o zamankı məzənnə ilə 285 min dollar edir.

Qeyd edək ki, o zamanlar AZAL-ın prezidenti Cahangir Əsgərov başda olmaqla Azərbaycan Ağır Atletika Federasiyası bolqar legionerlərə stavka edirdi. Federasiya perspektivli yerli ştanqçı Nicat Rəhimovu əlindən çıxardı. Qazaxıstan uğrunda çıxış edən N.Rəhimov 2016-cı ildə Rio oyunlarında çempion olub.