192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan öz ərazisində beynəlxalq sülhməramlı təlim mərkəzinin yaradılmasını nəzərdə tutur. Davit Tonoyan
2019-03-30 13:13:46

Ermənistan BMT-nin səlahiyyətli sülhməramlı missiyalarında iştirakını genişləndirir. Bu haqda Nyu-Yorkda BMT-da  keçirilən sülhməramlıların konqresində ER müdafiə naziri Davit Tonoyan qeyd etdi.

“Bu gün Ermənistanın  sülhməramlıları NATO himayəsi altında Əfqanıstanda və Kosovoda  keçirilən missiyalarında iştirak edirlər”- deyə Tonoyan qeyd etdi. O əlavə etdi ki, Ermənistan həmçinin öz ərazisində beynəlxalq sülhməramlı təlim mərkəzini yaratmağı planlaşdırır.

“Biz tərəfdaşlarımızla, xüsusən də ABŞ ilə milli sülhməramlı təlim proqramını  inkişaf etdirik. Məqsədimiz dünyanın hər yerindən gələn sülhməramlıların öyrənə biləcəyi beynəlxalq mərkəzinin  yaradılmasıdır”,- deyə o qeyd etdi.