192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AB Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT MQ həmsədrlərinin tam dəstəyini bir daha təstiq edir
2019-04-01 11:30:35

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam dəstəyini  bir daha təsdiqləyib. Verilən məlumata görə, Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Maya Kosyançiç bəyan edib ki, Ermənistan və Azərbaycan prezidentləri martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsiylə ilə görüşəcəklər.“Sevindirici haldır ki, liderlərin atəşkəs rejiminə sadiqlik və sülh üçün əlverişli şəraitin yaradılması, eləcə də effektiv danışıqların aparılmasına hazırlıqları istiqamətində fikirlər eynidir.Avropa Birliyi Vyana şərtləşməsini humanitar sahədə olduğu kimi eləcə də, xalqları sülhə hazırlamaq razılaşması istiqamətində addımnların təkmilləşdirilməsini səbirsizliklə gözləyir. Bütün bunlar barədə Xarici işlər nazirləri 2019-cu il yanvarın 16-da Parisdə şərtləşmişdilər. AB həmin istiqamətdə atılan addımları dəstəkləməyə hazırdır. AB ATƏT MQ həmsədrlərinə,o cümlədən Cənubi Qafqazda və Gürcüstanda Krizis məsələləri üzrə Avropa Birliyi nümayəndəsinin vasitəsiylə təkrarən dəstək olacağını, mülki vətəndaşlıq dairəsində olduğu kimi eləcə də, inam mühitini möhkəmləndirmək tədbirlərini çərçivələrində vəd edir”-deyərək bəyanatda qeyd edilib.