Son vaxtlar Dövlət Dumasının deputatı Yuri Şvitkin Ermənistana qarşı hərbi təhlükə amilində Rusiya öz müttəfiqinin təhlükəsizliyini təmin edəcəyini bildirdi.
MDB Dövlətləri İnstitutunun direktor müavini, rus hərbi ekspert Vladimir Yevseyev bildirib ki, Ermənistan üçün əsas təhlükə Azərbaycandan Qarabağ istiqamətinə gəlir. Ekspertin sözlərinə görə, mümkün münaqişə Qarabağdan Ermənistana dəyişilərsə , Rusiya Ermənistanı müdafiə edəcəkdir.“Əgər kütləvi bir münaqişə başlayırsa, əminəm ki, bu da Ermənistan və Azərbaycanla sərhəd bölgələrini əhatə edəcəkdir və odur ki, zərbənin Ermənistana istiqamətləndirilməsi cəhdləri olacaqdır. Bu şəraitlərdəsə Rusiya öz öhdəliklərini yerinə yetirəcək. “Azərbaycan tərəfindən əməliyyatlar imkanı həm də Naxçıvan tərəfindən ehtimal olunur və bu həmçinin Ermənistan üçün təhlükə yaradır və Rusiya necə müttəfiqi kimi, Ermənistanın bu vəziyyətə müdaxilə etməsinin bütün əsasları var”-deyərək Yevseyev RUSALMINFO-a verdiyi müsahibəsində bildirib.Ekspert qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən radioloqasion stansiyalarının zonaları Dağlıq Qarabağı əhatə edərək örtür ki, o da Azərbaycanın hərbi hava qüvvələrinin döyüş əməliyyatlarında istisna edir, hərbi vertalyotlardan və pilotsuz uçan aparatlardan başqa.