192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Orxan Baxışlı ''kars''a salınıb
2019-04-01 14:29:12

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən AXCP üzvü Orxan Baxışlı “kars”a salınıb.

Orxan Baxışlının anası Kəmalə Rəhimova Meydan TV-yə bu barədə danışıb.

Kəmalə Rəhimova deyir ki, martın 30-da 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan oğluyla görüşmək istəyib:

“Amma rəis müavini Emin müəllim dedi ki, Orxan Baxışlı 15 sutka “kars” salındığından görüş alınmayacaq. Səbəb guya Orxan telefonla danışmaq istəyərkən bir məhbusla mübahisə edib. Ancaq mən inanmıram, çünki 5 gün əvvəl Orxan evə zəng edəndə demişdi ki, təmir işləri aparıldığından bundan sonra telefonla əlaqə saxlamaq asanlaşacaq. Necə ola bilər ki, onu indi cəzalandırsınlar?”

Kamalə Rəhimova apreldə Ali Məhkəmədə oğlunun kassasiya şikayətinə baxılacağını xatırladaraq güman edir ki, Orxanın cəzasını azaltmamaq üçün məqsədli “kars”a sala bilərlər.

Kəmalə Rəhimlinin sözlərinə görə, Orxan Baxışlının vəkili Elçin Sadıqovla əlaqə saxlayıb:

“Vəkil dedi ki, gələn həftə oğlumla görüşəcək, o zaman daha dəqiq məlumat alacaq”.

Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq, 2018-ci ilin 18 sentyabrında 6 il azadlıqdan məhrum edilib.

Həftəsonu olduğundan Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlayıb məlumat almaq cəhdimiz baş tutmadı.