192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Deputat: “Ölkədə islahatlara maneələr var“
2019-04-01 15:38:56

“Yeni Müsavat” qəzeti-ndə “FazilMustafa: “Bu gün torpaq bazarı, tikinti bazarı, mənzil bazarı ölüb”” sərlövhəli yazı oxumaq olar.

Yazıda deputat Fazil Mustafa-nın martın 29-da Milli Məclisdəki çıxışında “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı fikirlərinə yer verilib.

F.Mustafa bu məsələdə sahibkarların suçsuz olduğunu və vətəndaşı qınamağa ciddi əsaslar olmadığını söyləyib:

“Çünki güvənli sığorta sistemi, məhkəmə sistemi formalaşdıra bilmirsənsə, burada vətəndaşın günahı yoxdur. Burada öz funksiyasını tam yerinə yetirən bir şəxs oldu, o da ölkə prezidenti. Prezident baxdı ki, başqa çıxış yolu yoxdur və vətəndaşa dəstək verdi. Amma biz niyə vaxtında addımlar atmırıq?".

​Müəllif qeyd edib ki, F.Mustafa ticarət sistemində düzən yaratmağın vacibliyindən də bəhs edib:

“Adam 50-100 min verib bir obyekt alıb, amma onun adı sadəcə bir kağıza yazılıb. Biz nə vaxta qədər primitiv, feodal qaydalarla sənədləşmə işləri aparacağıq? İcarə müqaviləsi bağlanıbsa, niyə tələb olunmayıb ki, bu əmlak sığorta olunmalıdır? Bu, bir binanın yanması məsələsi deyil”.

Deputat vurğulayıb ki, ölkədə islahatlara maneələr var:

“Bu gün torpaq bazarı ölüb, tikinti bazarı ölüb, mənzil bazarı ölüb. İcra hakimiyyətləri aylardır ki, sərəncam verə bilmirlər, nəyisə gözləyirlər. Həyat canlanmalıdır ki, insanlar işsizlikdən qurtulsunlar, fəaliyyətlərinə davam etsinlər”.